Namiqin səhhətində problem yarandı - video

Namiqin səhhətində problem yarandı - video
2471 dəfə oxunub
  • A-
  • A
  • A+
Meyxanaçı Namiq Qaraçuxurlunun səhhətində problem yaranıb.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "Onlar" verilişinə açıqlamasında deyib. O, belindəki ağrılardan şikayətlənib:

"Belimdə oynaq sürüşməsi var. Əməliyyata ehtiyac yoxdur. İdman, üzmə ilə aradan qaldırıram. Əməliyyat olsa belə, getməzdim. Çünki qorxuludur. Bu problem məndə çoxdan yaranıb. Ağır yük qaldırırdım. Hərdən belimdə ağrılar olurdu. Buna görə, "Fort Boyard"a da gedə bilmədim".

N.Qaraçuxurlu nişanlısından ayrılması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:

"Bu mövzu haqqında artıq çox danışmışam. Həm də özüm başa düşürəm ki, düzgün etmirəm, danışdıqca söhbət uzanır. Bir də şəxsi həyatımla bağlı mövzuya toxunmayacam. Bu məsələ daha çox xanımları maraqlandırır. Amma onlar mənim sənətimi sevir. Namiq nişanlıdır və ya ayrılıb heç kimi maraqlandırmasın".