Həyat yoldaşının Kənan M.M-in həbsindən xəbəri yoxdur

Həyat yoldaşının Kənan M.M-in həbsindən xəbəri yoxdur
4212 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, tanınmış rejissor Kənan M.M dünən həbs olunub.

Axşam.az-ın əməkdaşı bununla bağlı rejissorun müğənni həyat yoldaşı Aygün Mahmudova ilə əlaqə saxlayıb. Sənətçi məsələdən xəbərsiz olduğunu bildirib:

“Bu haqda heç nə danışmayacam. Mənim Kənanın həbsindən xəbərim yoxdur. Hazırda Bakıda deyiləm. Heç onunla əlaqə saxlamamışam”.

Qeyd edək ki, Kənan M.M-ə xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.