“Cennifer uşaqlarını növbəti kişi ilə tanış etmək istəmir”

“Cennifer uşaqlarını növbəti kişi ilə tanış etmək istəmir”
1484 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Cennifer Lopez haqqında eşq dedi-qodularının yayıldığı rəqqas Maksim Çmerkovskiydən danışıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 45 yaşlı ifaçı Maksimi çox səmimi hesab etsə də, hazırda yeni münasibətə başlamaq istəmədiyini deyib.

Ulduza yaxın mənbə də bu münasibətdən söz açıb:

“Onlar tez-tez ünsiyyət saxlayırlar. Amma Cennifer özünü son dərəcə ehtiyatlı aparır. Hələ ki, uşaqlarını növbəti kişi ilə tanışlığa cəlb etmək istəmir”.


Xatırladaq ki, Cennifer rəqqas sevgilisi Kasper Smartdan bu ilin iyununda ayrılıb. Kasper Lopezin Mark Entonidən olan əkizləri ilə dostlaşdığı üçün cütlüyün ayrılığı onlara da pis təsir edib.