“Şarm” Ağdaşda toyda – video

“Şarm” Ağdaşda toyda – video
3288 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-də yayımlanan “Şarm” verilişi bu dəfə də maraqlı anlarla yadda qalacaq.

Axşam.az-ın məlumatına görə, proqramın yaradıcı kollektivi Ağdaşa yollanıb. İki gəncin toy məclisində iştirak edən “Şarm” heyəti gəlinin bəzədilməsinə yardımçı olub. Geyimində dəyişiklik etmək istəyənlər modelyerin məsləhətlərinə qulaq assınlar. Yayda dəriyə düzgün qulluq etməyin yollarını peşəkar kosmetoloqlar deyəcək.

Verilişin bu buraxılışına həftənin şənbə günü saat 11:00-da baxa bilərsiniz.

Qeyd edək ki, Axşam.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın aparıcısı Aydan Axundova, rejissoru Afət Abdullayeva, müxbirləri Əminə Kazımova, Jalə Ocaqverdiyeva, montajçısı Elvin İsmayılov, prodüseri Vüqar Şəfiyevdir.