"Yetenek Sizsiniz Türkiye"nin münsifləri bəlli oldu

"Yetenek Sizsiniz Türkiye"nin münsifləri bəlli oldu
2991 dəfə oxunub
  • A-
  • A
  • A+
“Yetenek Sizsiniz Türkiye”nin yeni mövsümdə başlayacağı tarix müəyyənləşib.

Axşam.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, yarışma sentyabrın 13-də tamaşaçıların görüşünə gələcək. Acun Ilıcalı müəllifi olduğu proqramı bu yaxınlarda satın aldığı TV8 telekanalında yayımlayacaq. Verilişdə bəzi dəyişikliklərə də əl atılıb. Belə ki, bu dəfə layihədə dörd münsif - Acun Ilıcalı, müğənni Murat Boz, aktyorlar Özgü Namal və Eser Yenenler yer alacaq. 

Aparıcılıq missiyasını isə ənənəvi olaraq Alp Kırşan yerinə yetirəcək.