"Allah heç kimi onun vəziyyətinə salmasın"

"Allah heç kimi onun vəziyyətinə salmasın"
3220 dəfə oxunub
  • A-
  • A
  • A+
“Qalatasaray” futbol klubunun əfsanəvi oyunçularından olan Ümid Karan verilişlərin birində həmkarı Caner Erkinlə xanımı haqda inanılmaz sözlər səsləndirib.
 
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, futbolçu ötən il ticarət mərkəzlərindən birində müğənni Bərkayla bir yerdə görüntülənən C.Erkinin həyat yoldaşı Asena barədə bunları deyib:

“Canerin çox çətin həyatı var. Kişinin şəxsi həyatı gündəmə gələ bilər, amma qadın haqqında danışırlarsa, bu, böyük problemlər yaradır. Biz o qədər də müasir ölkə deyilik. Məlum hadisələr zamanı bütün Türkiyə heyrət içində idi. Həmin xəbərlər C.Erkinin həyat yoldaşına sərf edirdi. Allah heç kimi Canerin vəziyyətinə salmasın. İndi də danışanda dilim tutulur. Məncə, Caner xanımına sahib çıxmağa çalışır”.