Günel qızının atasını göstərdi: “Onun iki ailəsi var...” - foto

Günel qızının atasını göstərdi: “Onun iki ailəsi var...” -  foto
12084 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Günel Ələkbərova “Evdəyik” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi şəxsi həyatından danışıb:

“Hamiləlik vaxtı bütün çəkilişlərdən imtina edib, evimdə oturdum. Mediadan gizli saxladım. Ona görə yox ki, kimlərdənsə çəkinirəm, yanlış addım atdım. Xeyr, qızım halallıqla dünyaya gəlib: hər ikimizin razılığı ilə, kəbinlə. Onun istəyi ilə qızımı kameralardan uzaq saxlayıram. Heç kimin şəxsi həyatına qarışmıram. Aramızda sevgi var idi. Onsuz heç vaxt uşaq xatirinə birlikdə ola bilmərdik. Bir nənəsi yanındadır. Onunla nəfəs alır. O biri istəmir. Qızımın atasının başqa övladları var. Onlar arasında ayrı-seçkilik etmir. Boşanmayıb, onun iki ailəsi var. Biri mən, biri də odur. Ailəmin yanında pis iş görməmişəm. Allahdan başqa heç kimdən çəkinmirəm. Ayıb işim yoxdur ki, gizlədim. Mənim onun övladının biri ilə ünsiyyətim də var”.