Ancelina Coli yeni layihədə iştirak edəcək

Ancelina Coli yeni layihədə iştirak edəcək
880 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa, rejissor, prodüser və 6 uşaq anası Ancelina Coli eyni vaxtda bir neçə layihə üzərində işləyir.

Axşam.az xarici mətbuata istinadən məlumat verir ki, bu yaxınlarda Bred Pittlə Fransada evləndikdən sonra yeni filminin çəkilişlərinə başlayan Hollivud ulduzu daha bir ekran işinin yaradıcı heyətində yer alıb.
 
Coli Erik Rotun ssenarisinə əsasən çəkiləcək “Afrika” filminin prodüseri olacaq. Ekran işinin süjet xətti keniyalı siyasətçi Riçard Likinin həyatı üzərində qurulub. Liki Keniyada “Heyvanların məhvinə qarşı mübarizə komitəsi”nin lideri olub.
 
Xatırladaq ki, hazırda aktrisa rejissoru olduğu “By The Sea” (“Dəniz kənarında”) filminin çəkilişi üçün ailəsi ilə birlikdə Malta adasındadır.