Gəlinliyi avtomobilə oturmağa imkan vermədi - fotolar

Gəlinliyi avtomobilə oturmağa imkan vermədi -   fotolar
7928 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli model, müğənni Rafet El Romanın keçmiş həyat yoldaşı Tuba Altıntop təqdimatını etdiyi gəlinlik paltarı səbəbindən çətin anlar yaşayıb.
 
Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, İstanbulda təşkil edilən, gələcəkdə ailə quracaq cütlüklər üçün paltarların tanıtımını nəzərdə tutan “Gəlinlik və Moda Festivalı” çərçivəsində T.Altıntop qeyri-adi libas geyinib. İstanbul mövzulu mozaik daşlardan hazırlanmış gəlinlikdə avtomobilə minmək istəyən Tuba “bəy”in köməyi olmadan bunu edə bilməyib.

Qeyd edək ki, adıçəkilən festivalda “gəlinlər və bəylər” xüsusi bəzədilmiş fayton, motosiklet və avtomobillərdə Fevzipaşa prospekti boyunca yürüş ediblər.