Həbsxanada daha bir nikah mərasimi keçirildi - fotolar

Həbsxanada daha bir nikah mərasimi keçirildi - fotolar
2564 dəfə oxunub
  • A-
  • A
  • A+

Penitensiar müəssisələrdə saxlanılan şəxslər şəxsiyyət vəsiqələrinin verilməsi ilə yanaşı, “ASAN” xidmət tərəfindən göstərilən nikahın qeydə alınması xidmətindən də yararlanmağa başlayıblar.

Axşam.az Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, 3 saylı İstintaq təcridaxanasında saxlanılan Rüstəmov Filidan Əhliman oğlunun və yaxınlarının müraciəti əsasında Penitensiar xidmətin rəhbərliyi onun nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb.

Dünən təcridxananın inzibati binasında 2 saylı Bakı "Asan Xidmət" mərkəzinin əməkdaşları Leyla Ağayeva və Aygün Hüseynova tərəfindən Rüstəmov Filidan Əhliman oğlunun vətəndaş Hüseynova Sevinc Sədrəddin qızı ilə nikahı qeydə alınıb.

Yeni ailə quran gənclər yaradılan şəraitə görə Ədliyyə Nazirliyinin və “ASAN” xidmətin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.