“Səhnədə çılpaqlıq da sənətdir” – Elza

“Səhnədə çılpaqlıq da sənətdir” – Elza
1821 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahan parodiyalarından bəhs edib.

Axşam.az-ın məlumatına görə, müğənni “Onlar” verilişinə açıqlamasında onu təqlid edənlərə əsəbləşmədiyini deyib:

“Parodiyalar məni qıcıqlandırmır, əksinə sevindirir. Hər bir şair, bəstəkar, yaradıcı insan istəyir ki, onun sənəti müzakirə olunsun. Buna normal baxıram, alqışlayıram. Çünki bunu edən də müzakirələrə vaxt ayırıb. Amma elə sənətkarlar da var ki, heç vaxt diqqət mərkəzində olmurlar. Sənəti peşəkərcasına təqdim etmək lazımdır. Elza səhnədə hər şey edə bilər. Bu, sizi təəccübləndirməsin, əsəbləşdirməsin. Ledi Qaqanın soyunması normaldır. Onu Türkiyədə olarkən səhnədə geyindirdilər. Onun da bir mənası var idi. Amma bunun üçün əlçatmaz ssenari, süjet xətti olmalıdır. Səhnədə çılpaqlıq da sənətdir”.