“O, Hülyanı əvəz edə bilməz”

“O, Hülyanı əvəz edə bilməz”
3348 dəfə oxunub
  • A-
  • A
  • A+
“Kanaltürk”də yayımlanan “2-ci səhifə” proqramına qonaq olan iş adamı Qaya Çilingiroğlu şəxsi həyatı ilə bağlı sualları cavablandırıb.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu yaxınlarda Fərayə Tanyolaçdan boşanan iş adamı bəzi məsələlərə aydınlıq gətirib:

“Evlilik mənim xarakterimə uyğun bir şey deyil. Fərayə ilə birlikdə ayrılmaq qərarına gəldik. Onunla boşansaq da, uşağımın anası olduğu üçün hər zaman dost qalacağıq. Bundan sonra evlənməyəcəyimə and içdim. Əgər bir adam bir şeyi iki dəfə sınaqdan keçirirsə və heç biri alınmırsa, demək, problem özündədir”.

Q.Çilingiroğlunun “Özgü Namal “Yetenek Sizsiniz” yarışmasında keçmiş həyat yoldaşınız Hülya Avşarı əvəz edə bilər” sualına isə cavabı belə olub:
 
“Arada müqayisə edilməyəcək dərəcədə fərq var. Hülya cəlbedici qadındır. Özgü gözəldir, amma cəlbedici deyil. O, münsif kürsüsündə Hülyanı əvəz edə bilməz. H.Avşarın yoxluğunu yalnız prodüser başa düşə bilər. Özgü Namal Hülya Avşarın yerini doldura bilməz. Çox stabil bir tipdir, yumor hissi yoxdur”.