Futbol matçında Şvarsneqqerin oğlu ilə öpüşdü – fotolar

Futbol matçında Şvarsneqqerin oğlu ilə  öpüşdü – fotolar
4226 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı müğənni Mayli Sayrus və Hollivud ulduzu Arnold Şvarsneqqerin oğlu, aktyor Patrik Şvarsneqqer arasında yaşanan tərəddüdlü münasibət haqqında yazmışdıq.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük dünən birlikdə futbol matçını izləməyə gedib. Həmin əsnada paparassilərin kameralarına tuş gələn gənclər biri-birilərinə sarılıb öpüşərkən yaxalanıblar. Bütün bu faktlar sözügedən iki məşhurun dost deyil, sevgili olduqlarını təsdiqləyib.

Bəzi mənbələrdən yayılan xəbərlərə görə, “dəmir Arni”nin oğlu Patrik yeni sevgilisi Maylini artıq öz ailəsi ilə də tanış edib.