Toliklə Sevdanın ayrılmasının əsl səbəbi - açıqlama

Toliklə Sevdanın ayrılmasının əsl səbəbi -  açıqlama
6749 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevda Yahyayeva prodüseri Tolikdən ayrılma səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, "Gündəlik" verilişinin qonağı olan sənətçi bunları deyib:

"İki ilə yaxın idi bir yerdə işləyirdik. Qərarı Tolik verdi. Bu gün tədbir olacaqdı. Vaxt baxımından orada iştirakım alınmadı. O da buna görə incidi, küsdü məndən. Biz artıq ayrıldıq. Hər ikimizə uğurlar arzu edirəm. Başqaları kimi aramızda dava-qırğın olmadı. Həm bir yerdə işləyirdik, həm də münasibətimiz tuturdu. Maraqlı işlərimiz, uğurlarımız oldu. Heç nə əbədi deyil. Həyat davam edir. Hər ikimizin uğurları qarşıdadır. Dava ilə ayrılsaydıq Tolik İnstaqramda bunu sakit yazmazdı. O, emosional insandır, başqa sözlər yazardı. İki mədəni insan kimi ayrıldıq".

Qeyd edək ki, Tolik Sevda ilə işbirliyinə son qoyması ilə bağlı bunları demişdi:

"İki ilə yaxın birlikdə işlədik. Heç kim heç kimlə ömürlük çalışmır. Aramızda qalmaqal yoxdur. Mənim hazırda çalışdığım yeganə müğənni Elton Hüseynəliyevdir. İstəsəm, xeyli sayda müğənni ilə çalışaram. Amma buna qarşıyam. Çünki dincəlməyə ehtiyacım var".