Məşhur müğənni növbəti film üçün soundtreklər yazdı - fotolar

Məşhur müğənni növbəti film üçün soundtreklər yazdı - fotolar
1070 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli müğənni Lana Del Rey Tim Bartonun rejissorluğu ilə çəkilən “İri gözlər” (“Big eyes”) filmi üçün iki soundtrek bəstələyib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, yazdığı mahnıları elə özü də ifa edən Lananın bəstələrindən biri filmin adı ilə eynidir. Həmin mahnı dramatik janrda çəkilmiş ekran işinin əsas soundtrekidir. Filmin sonunda səsləndiriləcək digər parça isə “Uça bilirəm” (“I Can Fly”) adlanır.

Xatırladaq ki, L. D.Rey bundan öncə də daha iki - “Böyük Qetsbi” və “Malefisenta” filmləri üçün soundtreklər yazıb.