“Mən həbsxanada yatmamışam, azadlıqda idim”

“Mən həbsxanada yatmamışam, azadlıqda idim”
1293 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İntizar “Gündəlik” verilişində qonaq olub.

Axşam.az-ın məlumatına görə, Sankt-Peterburqda həbs olunması xəbərindən bəhs edən sənətçi məsələyə aydınlıq gətirib:

“Burada hamı elə bilir ki, məni həbsə salmışdılar. Mən həbsxanada yatmamışam, azadlıqda idim. Sadəcə, ölkəmə qayıda bilmirdim. Viza ilə əlaqədar problem yaşandı. Haqqımda deportasiya ilə bağlı qərar var idi. Onun vaxtı bitəndən sonra kompüterdən silinməmişdi. Elə ağır anlar yaşadım ki... Hətta bu sənətdə olmağıma peşmançılıq çəkdim”.

Qeyd edək ki, Rusiyadan birdəfəlik deportasiya edilən İntizar bir müddət əvvəl sənət dostu Rəşadla birgə adıçəkilən ölkəyə gizli yolla gedərkən hüquq-mühafizə işçiləri tərəfindən saxlanılmışdı. Müğənninin 50 gün ərzində Moskvadan kənara çıxmasına qadağa qoyulmuşdu. Daha sonra onların məhkəməsi olub və azadlığa buraxılıblar.