Mükafatlandırma mərasiminə bu geyimdə gəldi - fotolar

Mükafatlandırma mərasiminə bu geyimdə gəldi - fotolar
2575 dəfə oxunub
  • A-
  • A
  • A+
Musiqi dünyasının mühüm mükafatlarından sayılan “Latın Grammy” ötən gün öz sahiblərinə təqdim olunub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Karlos Santana, Riki Martin, Mark Antoni, Enriki İqlesias kimi tanınmışların qatıldığı gecəyə, aparıcılıq edən aktrisa Rozelin Sançes transparan geyimi ilə damğasını vurub. 41 yaşlı R.Sançez bej rəngli şəffaf libası ilə bütün diqqəti öz üzərinə toplamağı bacarıb.

Gecəyə gəlincə, Enriki İqlesias “Bailando” mahnısı ilə 3, Kalle isə rekorda imza ataraq 13 mükafata layiq görülüb.

Bir qədər əvvəl dünyasını dəyişən gitarist Pako de Lusia isə ölümündən sonra mükafat alaraq “Latın Grammy”nin tarixinə düşüb.

Kansion “Andaluza” ilə “Ən yaxşı albom müəllifi”, venesuelalı müğənni-bəstəkar Mariana Veqa “Ən yaxşı sənətçi”, Xoan Manuel Serrat isə “İlin adamı” mükafatlarına layiq görülüblər.