Dəniz Səki həbsxanada musiqi kursu açmaq istəyir

Dəniz Səki həbsxanada musiqi kursu açmaq istəyir
1305 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrın 15-də narkotik ticarəti cinayətindən həbs olunan türkiyəli müğənni Dəniz Səkini daha bir məşhur ziyarət edib.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, bu dəfə ona dəstək çıxan tanınmış aparıcı və nəğməkar şair Sezən Cümhur Önal olub. Özünün dediyinə görə, D.Səki hörmət əlaməti olaraq onun əllərindən öpüb:

“Məni görəndə gözləri yaşardı və əllərimdən öpdü. Mən də ona güclü və səbrli olmağı, səhvini başa düşməyi məsləhət gördüm. Ürək-dirək olmağa çalışdım.”

Qeyd edək ki, D.Səki cəza çəkdiyi Bakırköy qadın və uşaq həbsxanasında musiqi kursu açmaq üçün aidiyyəti ünvanlara ərizə ilə müraciət edib. Müğənni bunun həbsdəkilərə stimul olacağını düşünərək, özü də gitara dərsi almaq istəyir.