Bu gün Bakı rəngarəng olacaq

Bu gün Bakı rəngarəng olacaq
1003 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Avropa Oyunları ilə bağlı Qız Qalası ətrafında təntənəli tədbir keçiriləcək.

Axşam.az xəbər verir ki, Avropa Oyunları Təşkilat Komitəsindən Sara Əliyevanın ANS PRESS-ə verdiyi məlumata görə, bu gün axşam saat 20:00-da Qız Qalası ətrafında möhtəşəm “İşıq şou"su naş tutacaq. Bununla da oyunlara 200 günün qalması qeyd ediləcək.

20 idman növü üzrə 20 idman obyektində keçiriləcək ilk Avropa Oyunları gələn il iyunun 12- də start götürəcək. 17 gün davam edəcək Avropa Oyunlarında isə 6000-dən çox idmançı mübarizə aparacaq. Yarışa iyunun 28-də başa çatacaq. Turnirin açılış və yekun mərasimləri hələ tikilməkdə olan Olimpiya stadionunda baş tutacaq.

Qeyd edək ki, "İşıq şou"nun noyabrın 24-də keçirilməsi planlaşdırılırdı. Lakin həmin gün qalada intihar hadisəsi baş verdiyi üçün təxirə salınıb. Belə ki, günorta saatlarında orta yaşlı kişi özünü qaladan ataraq həyatına son qoymuşdu.