"O səs Türkiyə"də bir gündə iki həmyerlimiz - videolar

"O səs Türkiyə"də bir gündə iki həmyerlimiz - videolar
7098 dəfə oxunub
  • A-
  • A
  • A+
"O səs Türkiyə" yarışmasının son buraxılışında Azərbaycandan iki nəfər qatılıb.

Axşam.az-ın məlumatına görə, illər əvvəl "Yeni Ulduz"da iştirak etmiş Çinarə Məlikzadə Sezen Aksunun repertuarından "Eskidendi" mahnısını səsləndirib.

24 yaşlı həmyerlimiz yalnız müğənni Hadisəni özünə tərəf döndərə bilib.

Xatırladaq ki, bu il ilk dəfə "O səs Türkiyə" yarışması Bakıda seçimlər apararaq verilişə çıxmağa namizədlər seçiblər.



Eyni gündə daha bir azərbaycanlı eyni yarışmada iştirak edib.

Rusiyada doğulub böyüyən Məltəm Abbasova Beyonsun "Listen" mahnısını ifa edib. Çıxışıyla Ebru Gündəş, Hadisə və Mazhar-Özkan cütlüyünü seçmək şansı qazanan ifaçımız Acun İlicalının xahişi ilə türkcə də ifa edib. O, Sərtab Erenerin "Açık adres" parçasını səsləndirib. Həmyerlimiz Rusiyada yaşasa da türk dilini seriallardan öyrəndiyini qeyd edib.

20 yaşlı Məltəm sonda Ebru Gündeşi seçərək onun komandasına daxil olub.

Qeyd edək ki, Acun İlicalının aparıcılığı Türkiyənin "TV8" telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə müğənnilər Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.