Xalq artisti: "Bu, çox təhlükəli əməliyyat idi"

Xalq artisti: "Bu, çox təhlükəli əməliyyat idi"
969 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının quruluşcu rejissoru Vaqif Əsədovun ağır ürək əməliyyatı keçirməsi barədə xəbər yayılmışdı.

Axşam.az-ın məlumatına görə, xalq artisti son durumu haqda milli.az-a açıqlama verib.

“Əməliyyatdan sonrakı dövr necə olmalıdırsa, həkimlərin rəyinə görə, elə də inkişaf edir. Özümü yaxşı hiss edirəm, əgər arabir öskürək olmasa. Amma onu deyim ki, hələ uzun müddət həkimlərin nəzarəti altında olmalıyam. Çünki ağır ürək əməliyyatı 5 saat davam edib. Bu, çox təhlükəli bir əməliyyat idi. Elə gün olmur ki, Bakıdan 5-10 zəng gəlməsin. Mən bütün sənət dostlarıma öz təşəkkürümü bildirirəm. Səhhətimlə maraqlandığınız üçün sizə minnətdaram”, - deyə V.Əsədov bildirib.

Qeyd edək ki, əməliyyat rejissorun ata yurdu Naxçıvanda dövlət hesabına gerçəkləşdirilib.