Yaponiyada qeyri-adi hadisə - video

Yaponiyada qeyri-adi hadisə - video
1852 dəfə oxunub
  • A-
  • A
  • A+
Yaponiya universitetlərindən birində inkişaf etdirilən texniki ləvazimat inanılmazı mümkün edib.

Axşam.az-ın xarici mediaya istinadən xəbərinə görə, "Eye Play the Piano" ("Gözlərlə çalınan piano") adlı sistem sayəsində fiziki qüsurlu uşaq pianoda ifa edib.

Tsukuba Universiteti və fiziki qüsurlu uşaqlara dərs verən özəl bir məktəbin yaratdığı FOVE adlı texnika əngəlli birinin baxışları ilə piano çalmasını mümkün edir.

Layihə üçün ilk seçilən tələbə Kota Numajri bundan istifadə edərək texnologiya sayəsində fiziki qüsurlu insanların bütün səddləri aşa biləcəyini göstərib.