Sevgilinizlə xoşbəxt olub olmadığınızı bu yazıdan öyrənin

Sevgilinizlə xoşbəxt olub olmadığınızı bu yazıdan öyrənin
3624 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir”.

Bu sözləri müəllifi dahi rus yazıçısı Lev Tolstoydur. Xoşbəxt cütlüklərin bir-birinə bənzəyən xüsusiyyətləri həqiqətən çox olur. Bu xüsusiyyətləri öyrənməklə bəlkə də xoşbəxtliyin açarını tapmaq olar.

Axşam.az xoşbəxt cütlüklərə xas olan ortaq xüsusiyyətləri təqdim edir:

1. Onlar yatağa birlikdə girirlər.

2. Amma hər şeyi birlikdə etmək məcburiyyətində olmadıqlarını bilirlər.

3. Bir-birlərini sərbəst buraxırlar.

4. Problemlərini danışaraq həll etməyi bacarırlar.

5. Dərdlərini bir-birləri ilə paylaşırlar.

6. Bir-birlərinə qulaq asırlar.

7. Bir-birlərini dəyişdirməyə çalışmırlar, fərqliliklərinə hörmət edirlər.

8. Ayrı-ayrı düşünüb ortaq hərəkət edirlər.

9. Bir-birlərini doğrularını önə çıxarırlar, səhvlər üzərində dayanmırlar.

10. “Səni sevirəm”, “canım, “əzizim”, “gözəlim”, “sevgilim” kimi sözləri deməkdən çəkinmirlər.

11. Ortaq maraq dairələrini yaxşı bilirlər.

12. Qısqanclıqları ilə bir-birlərinin həyatını zəhərə döndərmirlər.

13. Gəzəndə mütləq əl-ələ tuturlar.

14. Bir-birlərini bağışlamağı bacarırlar.