"Sevişmə səhnələrində oynamaram"

"Sevişmə səhnələrində oynamaram"
3360 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktyor Ərkan Pətəkkaya "Hürriyət"ə müsahibə verib.

Axşam.az-ın məlumatına görə, uşaqlığından danışan Ərkan nəzərdən qorunmaq üçün üstündə hər zaman dua gəzdirdiyini deyib:

"Tez gözə gəlirəm. Buna görə də tez-tez qurğuşun tökdürürəm. Bir də daim üstümdə dua gəzdirirəm. Bəzək daşlarının sehrinə də inanıram. Ona görə də barmağımda hər zaman üzük gəzdirirəm. Evimin bəzi künc-bucağında da daşlar, dualar var. Bunlar mənə rahatlıq gətirir".

Pətəkkaya həyat yoldaşına olan sevgisindən də danışıb:

"Həyat yoldaşım çox ağıllıdır. O, mənim ömürlük arvadımdır. Ondan heç vaxt ayrılmaram. Allah qismət etsin bütün ömrümü onunla keçirim. Düzdür, aramızda narazıçılıqlar olur. Hər problemi danışaraq aradan qaldırırıq. 
Filmlərdə sevişmə səhnələrində heç vaxt oynamaram. Sevgini, eşqi öpüşmə olmadan da tamaşaçıya çatdıra bilərsən".