"Dişlərimə nifrət edirəm" - Adriana Lima

"Dişlərimə nifrət edirəm" - Adriana Lima
4321 dəfə oxunub
  • A-
  • A
  • A+
“Victoria's Secret”in braziliyalı mələyi Adriana Lima “Posta” qəzetinə müsahibə verib.

Axşam.az-ın məlumatına görə, reklam çəkilişləri üçün Türkiyədə olan top model özü ilə bağlı maraqlı məqamlara aydınlıq gətirib. Adriana gözəllik sirlərini bölüşüb:

“Peşəmlə əlaqədar makiyajdan çox istifadə edirəm. Evdə isə tamamilə təbii olmağa üstünlük verirəm. Qızlarımla birlikdə pijamalarımla qaçdı-tutdu oynamağı çox sevirəm. Hər zaman gözəl görünməyimin başlıca sirri isə gün ərzində çoxlu su içməyimdir. Bu, insanın özünü daha sağlam və yüngül hiss etməsinə səbəb olur. Qidalanma rejimimə xüsusi fikir verirəm. Dərimizin yumşaq və hamarlığı yediklərimizdən çox asılıdır. Üçüncü sirrim isə istifadə etdiyim təbii yağlardır. Xüsusən, Fəsdən gətirilən arqan yağı və güldən hazırlanmış məlhəm ən çox istifadə etdiklərimdir”.

Adriana Lima bəyəndiyi kişi obrazını da təsvir edib:

“Nəzakətli bəylərdən xoşum gəlir. Hər zaman başqalarına qarşı davranışlarına fikir verən kişiləri xoşlamışam. Deyəsən, bu mövzuda bir qədər köhnə fikirliyəm”.

Top model özünü seksual hesab etmədiyini deyib:

“Əslində mən modelliyə başlayanda çox arıq və utancaq biri idim. Özümə qarşı fərqli baxış bucağım var. Təbiiliyim ən böyük üstünlüyümdür. Təkcə dişlərimi bəyənmirəm, hətta nifrət edirəm”.