“Seks ehtiyacımız olan sağlam bir şeydir”
İki ay əvvəl “Good Charlotte” rok qrupunun solisti Benji Maddenlə ailə quran aktrisa Kameron Diaz “Cosmopolitan” jurnalının aprel sayına müsahibə verib.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, 42 yaşlı sənətçi intim həyatından danışıb:
“Seks bizim həyatımızda ehtiyac duyduğumuz və fərqli səbəblərlə edilməsi lazım olan ən sağlam bir şeydir. Xoşbəxtlik isə tarazlıq işidir. Özünüzü heç bir şeydən məhrum etməyin. Əylənin, amma fərqli olun”.