"Ledi Qaqa mahnımı oğurlayıb"

"Ledi Qaqa mahnımı oğurlayıb"
1009 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli müğənni Madonna “Rolling Stone” jurnalına müsahibə verib.

Axşam.az-ın məlumatına görə, sənətçi həmkarı Ledi Qaqadan küsülü olması iddiasından danışıb. O, L.Qaqanın 2011-ci ildə oxuduğu “Born This Way” mahnısının özünün “Express Yourself” bəstəsinin plagiatı olduğunu deyib:

“Bu günə qədər onun haqqında yalnız bir dəfə danışmışam. O da mahnımı oğurladığı zaman olub. “Ledi Qaqa tacımı ələ keçirir, taxtıma oturur” kimi ifadələr işlətməmişəm. Onun öz tərzi var. Çox istedadlı müğənni və bəstəkardır. Onun mənim yerimə keçmək istədiyini düşünmürəm. Amma “Born This Way”i mənim mahnımdan oğurlayıb”.