Emin "RU TV"nin nominantları sırasındadır

Emin "RU TV"nin nominantları sırasındadır
1065 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın "RU TV"si ən böyük musiqi mükafatının yeni nominantlarının siyahısını açıqlayıb.

Axşam.az-ın məlumatına görə, siyahıda müğənni-bəstəkar Emin də yer alıb. O, beş nominasiyada təmsil olunacaq: "Ən yaxşı duet" (Svetlana Loboda - "Smotriş v nebo"), "Ən yaxşı mahnı" ("Ya luçşe vsex jivu"), "Ən yaxşı müğənni", "Ən yaxşı konsert proqramı", "Sevənlər və sevməyənlər".

Telekanalın rəsmi internet saytına daxil olaraq, istənilən məşhura səs vermək mükündür.

Mükafatlandırma mərasimi mayın 23-də Moskvada "Crocus City Hall"da baş tutacaq.