ANS bu verilişlərin yayımını dayandırdı

ANS bu verilişlərin yayımını dayandırdı
5658 dəfə oxunub
  • A-
  • A
  • A+
ANS-də yayımlanan “Günəbaxan” və “Sən tək deyilsən” verilişlərinin yayımı dayandırılıb.

Axşam.az-ın məlumatına görə, Elgiz Əkbərin və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi proqramlar iyulun 1-dən yay tətilinə yollanıb.

E.Əkbər mövsümün son buraxılışında bunları deyib:

“Final çox mübahisəli məsələdir. İnsan sevinir. Son günü həsrətlə gözləyirsən, amma həmin an hamımızın həyatında ən kədərli an olur. Veriliş aparıcının övladı kimidir. Düzdür, “Günəbaxan” mənim övladım deyil. Öyrəşmişəm bütün verilişlərin müəllifi özüm olum. Amma bu proqramı da özümünküləşdirdim. Çox üzülürəm ki, 3 aya yaxın müddətdə efirdə olmayacağıq. Sentyabrda gözəl, pozitiv xəbərlərlə qarşınıza çıxacam”.

X.Hidayətqızı da tamaşaçılarla sağollaşıb. O, payız mövsümündə yeniliklərlə efirə qayıdacaqlarını bildirib:

“Xoşqədəmlə səni axtarıram” və “Sən tək deyilsən” mövsüm bağlanışına gedir. 3 aydır ANS-in efirindəyik. Bu qısa vaxt ərzində çox işlər gördük. Nə qədər problemlər həll etdik. Verilişin yayımı dayansa da, biz yarımçıq qalmış problemlərlə məşğul olacağıq. Sentyabrda bu talelərin aqibətini tamaşaçıya təqdim edəcəyik. Verilişlərdə yeniliklər edəcəyik. Tam fərqli formada sentyabrda efirə qayıdacağıq”.