Xoşqədəmlə Doğuş bu uşağı övladlığa götürməkdən imtina etdilər

Xoşqədəmlə Doğuş bu uşağı övladlığa götürməkdən imtina etdilər
6753 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Xoşqədəm Hidayətqızı və həyat yoldaşı, türkiyəli müğənni Doğuşun “Sən tək deyilsən” verilişinə gətirilən körpəni övladlığa götürməkdən imtina ediblər.

Axşam.az-ın məlumatına görə, bu haqda X.Hidayətqızı proqramında xəbər verib:

“Verilişə balaca uşaq gətirmişdilər. Valideynləri körpədən imtina etmişdi, nənəsi saxlayırdı. Doğuşla onu övladlığa götürəcəyimizi dedik. Atası çıxdı ki, uşağımı vermirəm. Doğuş da, mən də sevindik ki, atası övladına sahib çıxır. Canlı yayım bitəndən sonra atası mənə dedi ki, “Uşağı övladlığa götürmək istəyirsənsə, nənəsini neynirsən, gəl mənimlə razılaş”. Bizdən pul istədi. Xoşqədəm onun atdığı uşağa baxacaq, üstəlik pul da verəcək? Doğuş da körpəni övladlığa götürməkdən imtina etdi. Deyir, “Mənim atalıq edəcəyim uşağa, qızıma kimsə nəsə deyə bilməz. Atası sabah gəlib uşağa nəsə desə, qızımı şantaj etsə, mən əsəbiləşəcəm, əlimdən xəta çıxacaq. Həyatım alt-üst olacaq, gedib girəcəm həbsxanaya”. Doğuş albom hazırlayır. Bütün işlərini yarımçıq qoyub, Bakıya gəldi. Bu qızı çox istəyirdik. Biz övladlığa uşaq götürməyi planlaşdırırıq. Hətta Suriyadan uşaq götürəcəkdik. Pulla satmaq istədilər. Doğuş razılaşmadı”.

Doğuş isə məsələ ilə bağlı bunları deyib:

“Bu şərtlər altında uşağı götürsəydik xoşbəxt olmayacaqdıq. Bizdən əvvəl qız da bədbəxt olacaqdı. Atanın hər ay gəlib pul istəməsi, başqa tələblər irəli sürməsi xoş hal deyil. Mənim övladlığa götürəcəyim uşağı kimsə əlimdən ala bilməz. Mən şantaja icazə vermərəm. Vəkillərdən xahiş edirəm ki, uşağın sənədləşmə işlərini həll etsinlər, ürəyim rahatlaşsın. Valideynləri qızın taleyi ilə oynayırlar. Körpənin haqqını o dünyada necə ödəyəcəklər bilmirəm”.