"Onu bağışladım, çünki..." - Flora Kərimova

"Onu bağışladım, çünki..." -  Flora Kərimova
3709 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Flora Kərimova “Səhər keyfi” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni bir vaxtlar küsülü olduğu aparıcı-aktyor Sərxan Kərəmoğlu ilə barışmağından bəhs edib:

“Nə vaxtsa mənim Sərxanla qırğınım olub. Mənə deyirdilər ki, niyə Sərxanı bağışladınız, başqaların yox? Ona qucağımı açdım, barışdım. Çünki o bağışlanılmayacaq insanların sırasında deyil. Bildim ki, onda sərhədi keçəcək mədəniyyətsizlik yoxdur”.

F.Kərimova sənət aləmində düşmən olduğu insanlardan da danışıb:

“Sənətdə üzümə ağ olan düşmənlərim var. Duet oxudum, çörək verdim başa düşmədi. Onların bu hərəkətlərinə təəccübləndim, amma məyus olmadım. Çünki şəxsiyyət deyillər. Onlar mənə cavab verə bilməzlər. Çünki əlimdə sənədlər var, məhkəməyə verər, onlara hər şeyi sübut edərəm”.