Azərbaycanlı model üçüncü dəfə ana oldu - foto

Azərbaycanlı model üçüncü dəfə ana oldu -  foto
4389 dəfə oxunub
  • A-
  • A
  • A+
Qardaş ölkədə yaşayan və Türk-Amerika İşadamları Dərnəyinin sədri Ekim Alptekinlə ailə quran keçmiş azərbaycanlı model Nigar Talıbzadə üçüncü dəfə ana olub.

Axşam.az-ın məlumatına görə, o, bu haqda sosial şəbəkədə yazıb.

Yeni doğulan körpəsinin əlindən tutduğu şəklini paylaşan N.Alptekin “İkinci qızımı, üçüncü övladımı Allah bizə bağışladı. Şükür Allahıma” sözlərini yazıb.

Qeyd edək ki, Ekim və Nigar cütlüyü 2013-cü ildə ailə qurub. Onların biri qız, digəri oğlan olan əkiz övladı var.