Abbas İtaliyada məşhur ulduzun konsertində - fotolar

Abbas İtaliyada məşhur ulduzun konsertində - fotolar
2228 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Abbas Bağırov İtaliyaya gedib.

Axşam.az-ın məlumatına görə, istirahət edən müğənni məşhur ulduz Andrea Boçellinin konsertinə yollanıb.

Fotolarını sosial şəbəkədə paylaşan A.Bağırov təəssüratlarını bölüşüb:

“Uzun illərdir bu müğənniyə pərəstiş edirəm. Dünyada çox sevilən səslərdən biri olan, klassik, estrada, opera musiqisinin nəhəngi Andrea Boçelli İtaliyanın ən gözəl şəhərlərindən olan Lajatiko da "Teatro de Selenzio"da konsert verdi. Onu seyr edib, super canlı mahnılar dinlədik. Bu günü çox gözləyirdim, əziyyətlə, çətinliklə də olsa, Ənvər Sadıqovla (xalq artisti – red.) bərabər gəldik. Musiqi dolu gün yaşadıq. Allaha şükür ki, bu imkanı bizə yaratdı”.