"Bir də gördünüz, evlənmişik" - Arda Turan

"Bir də gördünüz, evlənmişik" - Arda Turan
4199 dəfə oxunub
  • A-
  • A
  • A+
"Barselona"nın yeni futbolçusu Arda Turan sevgilisi Aslıhan Doğanla balıq yeməyi verilən restoranların birində olub.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, tətil üçün İstanbula gələn futbolçu altı aydır sevgili olduğu Aslıhanla yemək yeyib. Onlara dostları da yoldaşlıq edib.

Arda bir neçə gün əvvəl ayağında buz olarkən paylaşdığı fotoya belə reaksiya verib:

"Zədələnməmişəm, sadəcə buz müalicəsi edirdim".

Qadın fanatlarından biri ilə foto çəkdirən A.Turan evlilik barədə sualı da cavablayıb:

"Hər şeyin xeyirlisi. Bir də gördünüz ki, evlənmişik".