Lalə Məmmədova telekanallardan şikayətlənib

Lalə Məmmədova telekanallardan şikayətlənib
3570 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Lalə Məmmədova telekanallardan şikayətlənib.

Axşam.az-ın məlumatına görə, müğənni “Şou biz” verilişində onları bəsit reklamlara üstünlük verməkdə ittiham edib:

“Son illərdə telekanallarda verilişlər bəsit, ucuz reklama qapılıb. Bu məni incidir. Türkiyənin ən məşhur ifaçısı Kayahanın mahnılarından ibarət alboma mənim ifam da daxil edildi. Amma heç bir veriliş o məsələyə geniş yer ayırmadı. Heç kimi bu məsələ maraqlandırmadı. Amma həyatımda baş verən xoşagəlməz hadisəyə o qədər böyük yer verdilər ki...”.