Şvarsneggeri "öldürdülər"

Şvarsneggeri "öldürdülər"
13043 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerika kütləvi informasiya vasitələrində Arnold Şvarseneggerin ölümü ilə bağlı xəbər yayılıb.

Axşam.az-ın "Trend"ə istinadən verdiyi məlumata əsasən, "International Business Times" xakerlərin MSNBC.com saytını dağıtdıqları barədə və onun istifadəçilərini saxta bir sayta yönləndirdikləri barədə məlumat verir.

Saxta xəbərdə qeyd olunur ki, 68 yaşlı amerikalı aktyor və siyasətçi xilasetmə xidmətinə anonim zəngindən sonra evdə ölü tapılıb. Həmçinin qeyd olunurdu ki, Şvarseneggerin ölümünü onun ailə üzvlərindən biri təsdiq edib.

Şvarseneggeri isə, onun "ölümü" barədə məlumat yayıldıqdan sonra italyan restoranında "Qarşısıalınmazlar" filminin rejissoru Robert Erl ilə bir yerdə görüblər.

Aktyorun yaxın dostu Kalum fon Moger də ölüm barədə xəbəri təkzib edib.