Azərbaycanlı bəstəkar xanımı üçün mahnı yazdı - video

Azərbaycanlı bəstəkar xanımı üçün mahnı yazdı -  video
1818 dəfə oxunub
  • A-
  • A
  • A+
Şair-bəstəkar Tural Bayraməliyev növbəti mahnısını xanımı Mehribana həsr edib.

Axşam.az-ın məlumatına görə, “Mehriban” adlanan bəstəni T.Bayrəməliyev ailə qurmalarının 1 ilinin tamam olmasına həsr edib.

Yeni işindən danışan bəstəkar təəssüratlarını bölüşüb:

“Kompozisiyanı eyni zamanda sevib-sevilən, qəlbi sevgi ilə döyünən gənclərə həsr edirəm. İnanıram ki, bu mahnı sevənlərin bəstəsinə çevriləcək”.

Qeyd edək ki, bəstənin aranjimanı İlkin Həsəniyə məxsusdur. Mahnı Muhittin Kadriyenin rəhbərliyi və böyük orkestr heyətinin müşayiəti ilə Türkiyədə lentə alınıb.

T.Bayraməliyev “Mehriban”a klip də çəkdirəcəyini deyib. Ekran işi qardaş ölkədə tanınmış rejissor tərəfindən Böyük adada lentə alınacaq. Klip iki gəncin sevgisindən bəhs edəcək. Ekran işində Türkiyənin tanınmış aktyorları rol alacaq.