Demet Akalının əri 10 nəfərlə təkbaşına dalaşdı - foto

Demet Akalının əri 10 nəfərlə təkbaşına dalaşdı - foto
6918 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Demet Akalının həyat yoldaşı Okan Kurt Milas-Bodrum hava limanında 10 nəfərlə dalaşıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, mühafizəçilərlə dava edib. İddiaya  görə, təyyarəsi 2 saat gec qalxan D.Akalın səhnə alacağı məkana gecikəcəyini düşünərək sərnişinləri daşıyan avtobusu gözləməyib.

O, piyada getmək istəyərkən buna icazə verilməyib. Söhbətə qarışan Okab mübahisəyə başlayıb. Yumruq davasından sonra bir nəfər yaralanıb.