Ebru Gündeşdən boşanma xəbərinə münasibət

Ebru Gündeşdən boşanma xəbərinə münasibət
7109 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ebru Gündeş son günlər haqqında yayılan xəbərlərə reaksiya verib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, müğənni rəfiqəsi, aparıcı Lerzan Mutlu vasitəsi ilə açıqlama göndərib. O, "Söylemezsem Olmaz" proqramında mediada səslənən fikirlərin heç birinin həqiqətə uyğun olmadığını deyib:

"Ebru dünən mənə zəng vuraraq bunları dedi: Sosial mediada hər kəs mənim haqqımda yazır. Amma üzümdə heç bir şey yoxdur, qaşlarımı köhnə halına qaytarmışıq, saçlarım isə qaynaqdır. Ayrıca, boşanma kimi söz-söhbətlər də doğru deyil".

Qeyd edək ki, son günlər E.Gündeşin azərbaycanlı iş adamı Rza Zərrabdan boşanmaq istəməsi, sadəcə övladına görə bu addımı ata bilməməsi yazılıb.

"O səs Türkiyə"nin yeni mövsüm çəkilişlərində üzündə şişkinlik olan Ebrunun botoks etdirdiyi xəbərləri də yayılmışdı.