Natavan Həbibi İstanbulda ev alıb

Natavan Həbibi İstanbulda ev alıb
3401 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Natavan Həbibi İstanbulda ev alıb.

Bu haqda Axşam.az-a açıqlamasında müğənni özü deyib:

“Çoxdan istəyirdim. Bu ilə qismət oldu. Buna görə sevinirəm. Baxmayaraq ki, mən otel həyatını çox xoşlayıram. Bir ara evdə otura-otura deyirdim ki, "Heyif deyil otel" (gülür). Sonra öyrəndim ki, həmin binada da təmizlik edən adamlar var. Çağırırdım, gəlib evi təmizləyirdilər. Mən təmizlik işlərini xoşlamıram. Bir vaxtlar çox ev işi görmüşəm. Anam, bacım işləyəndə evləri təmizləyir, aş bişirirdim. İndi istəmirəm”.