Culiya Roberts satıcılıq etdi - video

Culiya Roberts satıcılıq etdi - video
1185 dəfə oxunub
  • A-
  • A
  • A+
Kareyerası boyunca fərqli obrazlarda tamaşaçılar qarşısına çıxan Hollivud ulduzu Culiya Roberts bu dəfə özünü satıcı kimi sınayıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa “Calzedonia” brendinin yeni reklamına çəkilib. Video-çarx mini-film formaında lentə alınıb.

Qrant Heslovun rejissorluğu ilə çəkilən “Los-Ancelesdə alış-veriş” adlı reklamda Culiya satıcı kimi kamera qarşısına keçib. Süjetə əsasən, corab mağazasında satıcılıq edən məşhur “Gözəlçə” filminin qəhrəmanını alıcılardan heç kim tanımır.

Çünki bütün diqqət brendin məhsuluna yönəlib. Culiya müştərilərə məhz özünün geyindiyi corabdan məsləhət görür və bununla da satışın səviyyəsi artır.