Evlərinin üzərindən təyyarələrin uçuşuna qadağa qoydular

Evlərinin üzərindən təyyarələrin uçuşuna qadağa qoydular
2935 dəfə oxunub
  • A-
  • A
  • A+
Böyük Britaniya şahzadəsi Uilyamla Kembric hersoginyası Keyt Midlton yeni qərar qəbul ediblər.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, monarx ailəsi təhlükəsizliklərini təmin etmək və narahat olunmamaq üçün Norfolkdakı iqamətgahlarının üzərindən təyyarələrin uçuşuna qadağa qoyublar. Bundan sonra pilotlu və pilotsuz uçuş vasitələri Uilyamla Keytin evindən yarım mil məsafədə uçmalıdır. Qadağa bu ilin noyabrın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, qadağa fövqəladə hallar, təcili tibbi yardım, dəniz və sahil mühafizə, kral ailəsinin qonaqlarını daşıyan təyyarələrə aid edilmir.