Nadir ağladı: "Övladlarımla tək qalmışam" - video

Nadir ağladı: "Övladlarımla tək qalmışam" -  video
13344 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə göz yaşlarını saxlaya bilməyib.

Axşam.az-ın məlumatına görə, qocalar evinin sakinlərinin rol aldığı klipindən danışan sənətçi “Star life” verilişinə açıqlamasında valideynlərini xatırladığını deyib:

“Qocaları görəndə anam, atam gözümün önündən keçdi. Mən ağlayanda elə bilirlər ki, artistlik edirəm. Amma yox, kövrəyəm. Həyatını vaxtsız dəyişən insanları xatırladım. Mənə lazım olan insanlar zamansız məni atıb gedib. Doğmalarım cəhətdən mən tənhayam. Elə bilirəm ki, nə vaxtsa, mən də qocalar evinə düşə bilərəm. Atam bizi tez tərk etdi, anam övladlarını tək böyütdü. Ailə qurandan sonra hamı uzaqlaşdı, qohumlarla yadlaşma oldu. Mən övladlarımla tək qalmışam”.