Sevil Əliyevanın ad günüdür

Sevil Əliyevanın ad günüdür
3632 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün ümummilli lider Heydər Əliyevin qızı, president İlham Əliyevin bacısı Sevil Əliyevanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, Sevil Əliyeva 12 oktyabr, 1955-ci ildə Bakı şəhərində anadan olub. 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil alıb.

1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində təhsilini davam etdirib.

1977-1980-cı illərdə Moskva SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını uğurla başa çatdırıb namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir.

1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olmuşdur. 1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirir.

Ailəlidir, 3 övladı var.

"Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidenti, bəstəkar, Space Televiziyasının qurucusudur.

Hazırda Londonda yaşayır.