Aytən Səfərovanın "Facebook" hesabına hücum etdilər

Aytən Səfərovanın "Facebook" hesabına hücum etdilər
4219 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Aytən Səfərovanın “Facebook” hesabı hakerlərin hücumuna məruz qalıb.

Axşam.az-ın məlumatına görə, aparıcı sosial şəbəkədə yazıb ki, onun şəxsi səhifəsi təxminən 5 saat bağlı olub. Aytən hazırda problemin nəzarətə götürüldüyünü qeyd edib:

“Diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün 5 saatadək mənim “Facebook” səhifəm bağlı olub və hücuma məruz qalıb. Yaxın insanların köməyilə, böyük səy nəticəsində səhifənin işini nəzarətə götürmək mümkün olub. Bu müddət ərzində sizə hər hansı bir mesaj, yaxud ismarış gəlibsə, bu, birbaşa həmin problemdən yaranıb. Hazırda da səhifənin təhlükəsizlik səviyyəsini gücləndirmək istiqamətində iş gedir”.