"Deyirlər ki, “Lalə ikinci dəfə ailə qurub”

"Deyirlər ki, “Lalə ikinci dəfə ailə qurub”
4772 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Lalə Məmmədova ikinci dəfə ailə qurması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, müğənni “ATV Maqazin”ə açıqlamasında bunun şayiə olduğunu deyib:

“Mən də hər kəs kimi normal insanam. Başıma çox şey gələ bilər. Deyirlər ki, “Lalə artıq ikinci dəfə ailə qurub”. Bir dəfə müsahibə verdim, başqa cür başa düşüldü. Yox, mən ikinci dəfə ailə qurmamışam. Məqsədim övladlarımı ayağa qaldırmaq, sənətimdə işlər görməkdir. Nə vaxtsa qarşıma kimsə çıxsa, həyatımı onunla davam etdirmək istədiyimi anlasam, ailə quracam. Mənim başıma iş gəldi, çox şey öyrəndim. Amma insanlara inamım da azalmadı. Qızım Nərgiz artıq mənimlə söhbətlər edir. Deyir ki, “Sinifdə oğlan var, mənə qələmin verir. Görəsən, o, məni sevmir?”. Övladlarımın sevgidəki seçiminə qarışmayacam, amma məsləhətlərimi də verirəm”.

Qeyd edək ki, L.Məmmədova həyat yoldaşı İlhamla 2013-cü ildə ayrılıb. Onların Nərgiz və Çinarə adlı iki qızı var.