Bu fotoya görə sevgilisini döydü

Bu fotoya görə sevgilisini döydü
19878 dəfə oxunub
  • A-
  • A
  • A+
Jurnalist Eda Sönmez aktyor sevgilisi Saruhan Huneli polisə şikayət edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Eda Paskal Nouma ilə müsahibə zamanı çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb. Sevgilisini qısqanan Saruhan onu döyüb.

Sönmez aktyordan qorunmaq üçün polisdən onu etrafından uzaqlaşdırmalarını tələb edib. O, 6 aydır birlikdə olduğu Saruhanın onu 5 dəfə döydüyünü bildirib:

"Həkimə gedib, döyüldüyümlə bağlı kağız almasam da, bədənimdəki izlərin fotosunu çəkmişəm. Sonuncu dəfə Paskalla şəkil paylaşanda isə əvvəlcə zəng vurub təhqir etdi. Evə gəldi, qapını açan kimi təpikləməyə başladı. Yerə yıxılıb, əlimlə üzümü örtdüm. Məni buraxması üçün ona yalvardım".