"Bu görüntülərə görə həyatım məhv oldu" - video

"Bu görüntülərə görə həyatım məhv oldu" - video
24510 dəfə oxunub
  • A-
  • A
  • A+

Model və aparıcı Çağla Şikel canlı yayımda təsadüfən açılan sinəsinin görüntülərini yayan "Posta" qəzetindən təzminat tələb edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aparıcı açıq-aşkar göstərilən görüntülərini nəzərdə tutaraq "buna görə mənəvi cəhətdən çökdüm, həyatım məhv oldu" deyib.

Hakim iki uşaq anası Şikelin başına gələn hadisənin keçmiş ABŞ prezidentinin  qızının da başına gəldiyini söyləyib. O, Çağlanın zərərçəkən olduğuna qərar verərək, qəzeti 10 min lirə (təxminən 3500 manat) məbləğində cərimələyib. Sonda hakim "Çağla ABŞ prezidentinin qızı qədər məsumdur" deyib.

Qeyd edək ki, Ç.Şikel həmin görüntüləri 190 internet saytından yığışdırıb. Həmin vaxt Şikel pop ifaçısı Əmrə Altuğla evli idi, hazırda isə boşanıblar.