"Könül Kərimova ilə küsülüyük" - Xatun

"Könül Kərimova ilə küsülüyük" -  Xatun
2625 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xatun Əliyeva ondan inciyən həmkarı Könül Kərimovadan danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Ondan sonra” verilişində küsülü olduqlarını bildirib:

“Deyir, “Aparıcıya xoş olmaq üçün məni parodiya edirsən”. Bunu özü üçün hörmətsizlik kimi qəbul edir. Əgər parodiyanı hörmətsizlik kimi qəbul edirsə, ona sözüm yoxdur. Hazırda biz Könül Kərimova ilə küsülüyük. Çalışıram ki, heç kimlə münasibəti pisləməyim. Şou-biznesdə bir-birini təhqir edən insanlar barışdı, hamı eşidəndə şok oldu. Biz niyə barışmayaq? “.