Bakıda Markesə həsr edilmiş film nümayiş olundu

Bakıda Markesə həsr edilmiş film nümayiş olundu
338 dəfə oxunub
  • A-
  • A
  • A+
Dekabrın 1-də Kolumbiyanın Azərbaycandakı səfirliyi "YARAT" Müasir İncəsənət Məkanında Kolumbiya yazıçısı Qabriel Qarsiya Markesin həyat və yaradıcılığına həsr olunmuş “Qabo. Reallıq sehri" (Gabo, la magia de lo real) sənədli filminin təqdimatını keçirib.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, səfirlik Castin Vebsterin rejissoru olduğu sənədli film vasitəsilə Qabriel Qarsiya Markes və onun Kolumbiya kinematoqrafıyasına və dünya ədəbiyyatına verdiyi böyük töhfələri yad etmək istəyir.
 
Tədbirdə çıxış edən Kolumbiyanın Azərbaycandakı səfirliyinin daimi işlər vəkili Assad Xose Xater Penya təqdimat mərasiminin iştirakçılarını kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin, yaxud da vətənində çağırıldığı kimi Qabonun həyat və yaradıcılığından bəhs edən sənədli filmin nümayişində görməkdən məmnun olduğunu bildirib.

Diplomat, həmçinin tədbirin keçirilməsində "YARAT" Müasir İncəsənət Mərkəzinin də əməyini yüksək dəyərləndirib, mərkəzin kollektivinə öz təşəkkürünü bildirib. Ədəbiyyat aləmi 1982-ci ilin Nobel mükafatçısı Qabriel Qarsiya Markesin (1927-2014) vəfatının ildönümündə bu böyük şəxsiyyəti "Qabo. Reallıq sehri" filminə baxmaqla yad edir. Bu sənədli filmin ilk nümayişi İngiltərə, ABŞ, İspaniya, Meksika, Fransa, Çili, Dominikan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Avstraliya kimi ölkələrdə keçirilib. Film beynəlxalq Kartaxena de İndias (Cartagena de Indias) kinofestivalının və Nyu-Yorkda keçirilmiş Latın Amerikası filmləri kinofestivalının mükafatlarına layiq görülüb. Sənədli film Karib dənizinin sahilindəki bir kəndin adi kolumbiyalı ailəsindən çıxan bir gəncin yazıçı olub

, dünyanın hər yerində milyonlarca adamın qəlbinə yol tapmağa necə müvəffəq ola bilməsindən bəhs edir. Süjetin böyük hissəsi Markesin 20 ildən çox bioqrafı olmuş Cerald Martin tərəfindən bəhs edilir. Ailə üzvlərinin, dostlarının, iş yoldaşlarının, müxtəlif yazıçı, jurnalist və siyasi xadimlərin bölüşdüyü fikirlər vasitəsilə bu film “Yüz ilin tənhalığı” əsərini yaratmış müəllifin irsiyyətini canlandırır.

Filmdə yazıçının şəxsi həyatından başqa Latın Amerikası tarixinin də vacib tarixi faktlarına müraciət olunur.